...

“Bayraktar Akıncı” 140 kilometr məsafədən hədəfi vurub (VİDEO)

Gündəm Materials 1 Aprel 2023 01:43 (UTC +04:00)
“Bayraktar Akıncı” 140 kilometr məsafədən hədəfi vurub (VİDEO)

Bakı. Trend:

Milli sənaye tərəfindən hazırlanmış "İHA-230" raketləri ilə sınaq atışları zamanı “Bayraktar Akıncı” PUA-sı 140 kilometr məsafədən hədəfi yüksək dəqiqliklə vurub.

Trend-in məlumatına görə, bu barədə "Baykar" şirkətindən bildirilib.

Məlumata əsasən, milli istehsalçı tərəfindən hazırlanan "Bayraktar Akıncı"da yerli istehsal olan yeni sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.

Bu çərçivədə, "Roketsan" şirkəti tərəfindən hazırlanan Türkiyənin ilk səsdən sürətli hava-yer raketi İHA-230 ilə martın 31-də həyata keçirilən sınaq atışları uğurla tamamlandı.

"Bayraktar Akıncı" atış sınaqları aparmaq üçün Çorlu rayonunda yerləşən "Bayraktar Akıncı" Uçuş Tədris və Sınaq Mərkəzindən uçub. “Bayraktar Akıncı” PUA-nın atdığı KKS/ANS idarəetmə sistemli İHA-230 raketi 140 kilometr məsafədən hədəfi yüksək dəqiqliklə vurdu.

"Bayraktar Akıncı" PUA sınaq atışı çərçivəsində növbəti dəfə səsdən sürətli raketlə hədəfi vurdu. Öz hərəkət sisteminə malik olan İHA-230 raketi, uzaq mənzilli və yüksək atəş sürəti sayəsində İHA-dan kilometrlər uzaqda yerləşən hədəflərə qarşı effektivlik nümayiş etdirə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti