...

Tovuzda 3 nəfərin narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil - DİN (FOTO)

Gündəm Materials 1 Aprel 2023 17:42 (UTC +04:00)
Tovuzda 3 nəfərin narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil - DİN (FOTO)

Bakı. Trend:

Sosial şəbəkələrdə Tovuz rayonunda yerləşən parkların birində 3 nəfərin videogörüntüsü paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil.

Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə deyib.

"Bildirirəm ki, həmin şəxslərin 3-ü də ruhi-əsəb dispanserində qeydiyyatda olan Tovuz rayon sakinləridir və narkotiklə heç bir əlaqələri yoxdur. Rayon sakinlərinin əksəriyyəti də həmin şəxsləri tanıyır və narkoman olmadığını bilirlər. Əfsuslar olsun ki, bəzən vətəndaşlar məsələnin mahiyyətini dərk etmədən həqiqətə uyğun olmayan paylaşımlar edərək ictimai çaşqınlıq yaradır. Bu, qanunla məsuliyyət yaratmaqla bərabər, həm də əxlaq normalarına ziddir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti