...

Azərbaycan “İDEF-2023”də 131 adda müdafiə təyinatlı məhsul nümayiş etdirir

Gündəm Materials 25 İyul 2023 13:17 (UTC +04:00)
Azərbaycan “İDEF-2023”də 131 adda müdafiə təyinatlı məhsul nümayiş etdirir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

25 iyul tarixində Türkiyə Respublikasının İstanbul şəhərində “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edir.

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Eyni zamanda stenddə Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev” guşəsi də yaradılıb.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini iyulun 28-dək davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti