...

İşğaldan azad edilmiş ərazilərə geri qayıdan keçmiş məcburi köçkünlərin sayı açıqlanıb (FOTO)

Gündəm Materials 13 Sentyabr 2023 12:10 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərə geri qayıdan keçmiş məcburi köçkünlərin sayı açıqlanıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox keçmiş məcburi köçkünün Zəngilanda, Laçında, Füzulidə və Tərtərdə bərpa edilən və ya yeni salınan yaşayış məntəqələrində məskunlaşdırılması təmin edilib.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanadadan ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti ilə görüşdə deyib.

Qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan reallıqlar, Böyük Qayıdış proqramı haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, beynəlxalq hüququn prinsiplərinə əsasən, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının həyata keçirilməsi hazırda dövlətin qarşısında duran mühüm vəzifədir. 30 ilə yaxın müddətdə işğal altında qalmış və yaşayış məntəqələrinin əksəriyyəti tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri aparılır.

İrimiqyaslı layihələrin icrası soydaşlarımızın doğma yurdlarında dayanıqlı məskunlaşmasına imkan yaradır. Onların köçürülməsi Dövlət Komitəsi tərəfindən icra olunur. Diqqətə çatdırılıb ki, aparılan sorğuların nəticəsinə əsasən, məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmaq əzmindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti