Bakı. Trend:
İlon Mask telekonfransda iştirak edib.
Trend-in məlumatına görə, İ.Mask konfrans zamanı Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mowry-yə “Yaxın dörd il ərzində Marsa ekipajsız sınaq enişi etmək mümkündür” deyib.
Qeyd edək ki, “Starship”, “SpaceX” tərəfindən hazırlanan tamamilə təkrar istifadə edilə bilən raketdir.
Onun təyinatlı istifadəsi şirkət tərəfindən Yer orbitinə, Aya və Marsa yük və insanlı missiyaların həyata keçirilməsi kimi ifadə edilir.
İlon Mask, “Starship” proqramının 2020-ci ilin mayında Crew Dragon-un ilk insanlı buraxılışından sonra “SpaceX”in əsas prioritetinə çevrildiyini bildirdi.