...

Gün ərzində Qəzza zolağına humanitar yardımla 200 yük maşını daxil olub

Gündəm Materials 25 Noyabr 2023 02:41 (UTC +04:00)
Gün ərzində Qəzza zolağına humanitar yardımla 200 yük maşını daxil olub

Bakı. Trend:

Ötən sutka ərzində Qəzza zolağına humanitar yardım aparan ümumilikdə 200 yük maşını daxil olub.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bu gün (24 noyabr, cümə günü) 200 humanitar yardım paran maşını "Rəfah" sərhəd keçid məntəqəsindən Qəzzaya daxil olub və Qəzza zolağının cənubunda çalışan beynəlxalq yardım təşkilatlarına ləvazimatları çatdırıb", - deyə bildirilib.

Qeyd olunub ki, girovların azad edilməsi razılaşmaları çərçivəsində İsrail hökuməti tərəfindən təsdiqlənmiş humanitar yardım axını davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti