...

Qarabağdakı separatçı rejimi rəhbərlərinin saxlanılması ən böyük uğurlardan biridir - DTX rəisi

Gündəm Materials 28 Mart 2024 22:10 (UTC +04:00)
Qarabağdakı separatçı rejimi rəhbərlərinin saxlanılması ən böyük uğurlardan biridir - DTX rəisi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Qarabağdakı separatçı-kriminal xunta rejiminin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

"2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir", - deyə DTX rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti