...

Bakıda çeçen milliyətli şəxsin ölümü ilə bağlı işi Bakı Prokurorluğu aparacaq

Hadisə Materials 20 Noyabr 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Tanınmamış Çeçenistan Respublikasının Azərbaycandakı keçmiş nümayəndəsinin müavininin ölümü ilə bağlı cinayət isinin istintaqını Bakı Şəhər Prokurorluğu aparacaq. Bu barədə Trend ə çərşənbə axşamı Bakı şəhər Prokurorluğundan məlumat verilib.49 yaşlı İmran Qazıyev noyabrın 18-də axşam saat 20.30 radələrində 8-ci mikrorayon, Azadlıq prospekti 14/170, mənzil 32 ünvanındakı evinin qarşısında naməlum şəraitdə odlu silahla qətlə yetirilib.

Prokurorluqdan bildirilib ki, istintaq Qazıyevin ölümü ilə bağlı bütün versiyaları araşdıracaq.

Qazıyevə tapançadan bir neçə atəş açılıb və silah hadisə yerindən bir qədər kənara atılıb.

Hadisəni bir və ya bir neçə nəfərin törətməsi barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda qəsdən adam öldürmə (120.1) və qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama, daşıma və gəzdirmə (228.1) maddələri ilə cinayət işi açılıb. Hadisəni törədən şəxsin müəyyənləşdirilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ötən gün yaydığı məlumatda bildirilir ki, qətlə yetirilən İmran Qazıyev Mirzağa Əliyev küçəsi, 153 ünvanında fəaliyyət göstərən çeçen məktəbinin direktoru olub. Məlumatda bildirilir ki, ictimaiyyət arasında "Umar Qazi" kimi tanınan Qazıyevin, məktəbin yerləşdiyi blokun qarşısında öldürülməsi, eləcə də, qatilin, istifadə etdiyi səsboğucusu olan tapançanı hadisə yerində atıb getməsi cinayətin sirafişlə həyata keçirildiyi təsəvvürünü formalaşdırır.

Məlumatda o da deyilir ki, təxminən 2 il əvvəl Qazıyevə qarşı sui-qəsd cəhdi olub və o, aldığı bıçaq yarasından xeyli müalicə olunub. O vaxt da hadisəni törədən şəxslərin kimliyi ictimaiyyətə qaranlıq qalıb.

Xəbər lenti

Xəbər lenti