...

İstanbulda partlayış zamanı ölən azərbaycanlıların cəsədləri bu gün vətənə gətiriləcək – baş konsul

Hadisə Materials 2 Fevral 2008 12:21 (UTC +04:00)
İstanbulda partlayış zamanı ölən azərbaycanlıların cəsədləri  bu gün vətənə gətiriləcək – baş konsul

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir S.Ağayeva / İstanbulda baş verən partlayış zamanı ölən iki azərbaycanlının cəsədi bu gün vətənə gətiriləcək. Bu barədə şənbə günü Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı İstanbuldan telefonla məlumat verib.

Cümə axşamı İstanbulun corab fabrikində partlayış baş verib. Nəticədə, 22 nəfər ölüb, 117 nəfər isə, yaralanıb.

Diplomat bildirib ki, partlayan binanın yanında yerləşən, paltaryuyan maşınların təmiri ilə məşğul olan emalatxanada işləyən 1960-cı il təvəllüdlü Novruz Məmmədovun cəsədi bu gün təyyarə vasitəsilə Bakıya gətiriləcək. Digər azərbaycanlı, partlayış zamanı binanın yaxınlığından keçən və dağıntılar altında qalan 24 yaşlı Şəhriyar Hacıyevin cəsədi isə, ölkəyə avtobusla göndəriləcək. Hər iki mərhum Naxçıvandandır.

Şəhər qubernatorunun türkiyəli jurnalistlərə verdiyi məlumata görə, partlayışa pirotexnika səbəb olub.

Xəbər lenti

Xəbər lenti