Azərbaycan, Lənkəran, 03 noyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 230 km məsafədə) Masallı rayonunda çoban ov tüfəngi ilə özünü vuraraq intihar edib.
Masallı rayon polis şöbəsinin rəisi Rizvan Quliyev Trend -a bildirib ki, rayonun Qızılağac kənd sakini Sadıqov İqbal Nəriman oğlunun meyidi çoban işlədiyi kənd fermasında tapılıb.
İlkin araşdırmalar zamanı onun16 çarplı qoşalülə ov tüfəngindən aşılan atəş nəticəsində öldüyü müəyyənləşib.
28 yaşlı Sadıqov 4 uşaq atasıdır və onun 10 ildən çoxdur narkotik vasitələrdən istifadədən əziyyət çəkdiyi bildirilir.
Hadisədən sonra polisin mərhumun evində apardığı axtarış zamanı şprislər, narkotika saxlamaq üçün qablar tapılıb. Mərhumun üzərindən isə az miqdarda heroin və tiryək götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]