...

Azərbaycanın paytaxtında yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 4 çatıb

Hadisə Materials 16 Yanvar 2009 23:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir S.Kazımlı / Azərbaycanın paytaxtında yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 4 çatıb. Bu barədə Trend Bakı şəhər prokurorunun birinci müavini Fazil Həsənəliyev deyib.

"Ölənlər arasında təsadüf hadisə yerində olanlar var. 1971-ci il təvəllüdlü Tahirov Osman Rüstəm oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Hafiz Nurulla oğlu və 1972-ci tvəllüdlü Bağırova Fərqanə İlyas qızı partlayış zamanı binanın altından keçirdilər. Ölənlərdən yalnız biri - 1942-ci il təvəllüdlü Hüseynova Nərgiz Bəhlul qızı bina sakini olub", prokurorun birinci müavini deyib.

Hadisə zamanı 10 nəfər yaralanıb. Beşi ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. İkisi travmotologiya şöbəsinə, digər ikisi isə tibb Mərkəzinə yerləşdirilib, birinin vəziyyəti ağır olduğundan Respublika xəstəxanasına göndərilib.

Hadisə yerində Ədiliyyə Nazirliynin ekspertiza Mərkəzinin mütəxəsisləri işləyir.

Yaxınlıqda yaşayan sakinlərin ifadəsi alınıb.

Dağıntılar altında qızın meyidinin qalması ehtimalı var.

Xəbər lenti

Xəbər lenti