...

Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndindən keçən hissəsində uçan sahil-mühafizə bəndi bərpa olunub - FHN

Hadisə Materials 20 May 2010 12:26 (UTC +04:00)
Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndindən keçən hissəsində sahil-mühafizə bəndinin bir hissəsi dağılıb, - bu barədə cümə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndindən keçən hissəsində uçan sahil-mühafizə bəndi bərpa olunub - FHN

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndindən keçən hissəsində sahil-mühafizə bəndinin bir hissəsi dağılıb, - bu barədə cümə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, artıq saat 12:40-da aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə bənd bərpa olunub.

Trend-in arayışı: Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti