...

Bakıda Türkiyə vətəndaşından oğurluq edən şəxs tutulub

Hadisə Materials 21 Dekabr 2010 12:39 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, dekabrın 9-da Səbail rayonu Mehdi Hüseyn küçəsində aparılan tikintinin yardımçı otağından Türkiyə vətəndaşı İbrahim Dəniz Gödəkoğlunun cibindən 100 dollar və 80 manat pul oğurlanıb.
Bakıda Türkiyə vətəndaşından oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Türkiyə vətəndaşından oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, dekabrın 9-da Səbail rayonu Mehdi Hüseyn küçəsində aparılan tikintinin yardımçı otağından Türkiyə vətəndaşı İbrahim Dəniz Gödəkoğlunun cibindən 100 dollar və 80 manat pul oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Ağayev tutulub.

Ağayevdən 0,267 qram heroin götürülüb.

Xəbər lenti

Xəbər lenti