Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsinin bazar ertəsi yaydığı məlumata görə, Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Anar Əlizadə, Orxan Xəlilov və Anar Zamanov dekabrın 25-də yaxalanıblar.
Məlum olub ki, onlar Xətai rayonu ərazisində noyabrın 18-nə keçən gecə Xeyrulla Həsənova, dekabrın 22-nə keçən gecə Elmidar Əliyevə, dekabrın 23-nə keçən gecə Yaşar Əliyevə, dekabrın 24-nə keçən gecə isə Asəf İslamova məxsus mağazalardan pul, ərzaq və tütün məmulatları oğurlayıblar.