Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda ağır yol qəzası baş verib, 9 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən saat 22:30 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakinləri Şükür İslamovun idarə etdiyi "VAZ-2107" və Qurban Abışovun idarə etdiyi "Kia Sportage" markalı avtomaşınlar toqquşub.
Nəticədə İslamovun sərnişinləri - oğlu Ələsgər, həmyerliləri Hikmət Fərəcov, onun qardaşı Zahid, Ələkbər Ələsgərov, Abışov və sərnişinləri - Samir İbrahimov, Vaqif Cəfərov, Tural Məmmədov və Elvin Qurbanzadə xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.