Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Qubada at arabasından yıxılan 4 yaşlı uşaq xəstəxanada ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də Quba rayonunun Susay-Qışlaq kəndində, kənd sakini 4 yaşlı Nazənin Balayeva at arabasından yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş Balayeva iyunun 30-da orada ölüb.