...

Rusiya vətəndaşını qarət edən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 12 Oktyabr 2011 10:32 (UTC +04:00)
Rusiya vətəndaşını qarət edən keçmiş məhkum saxlanılıb.
Rusiya vətəndaşını qarət edən keçmiş məhkum saxlanılıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Rusiya vətəndaşını qarət edən keçmiş məhkum saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sentyabrın 28-də "Binə" ticarət mərkəzində naməlum şəxs Rusiya vətəndaşı Tatyana Safyanovanı aldadaraq 2000 rus rublu və geyim əşyalarını alaraq qaytarmayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehram Kəlbiyev oktyabrın 11-də tutulub.

Xəbər lenti

Xəbər lenti