...

İranda il ərzində 50 minə yaxın insan xərçəng xəstəliyindən ölür

Hadisə Materials 26 Aprel 2012 14:27 (UTC +04:00)
İranda hər il hər 100 min nəfərdən 100-ü xərçəng xəstəliyinə yoluxur. Xəstəliyə yoluxan kişilərin sayı qadınlara nisbətən daha çoxdur.
İranda il ərzində 50 minə yaxın insan xərçəng xəstəliyindən ölür

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Cəfərov/

İranda hər il hər 100 min nəfərdən 100-ü xərçəng xəstəliyinə yoluxur. Xəstəliyə yoluxan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Bunu İranın səhiyyə nazirinin müavini Məhəmmədəli Mühəqqiqi bu gün Tehranda keçirilən "İranda xərçəng xəstəliyinn müalicəsində problemlər" adlı "dəyirmi masa"da çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

"Dəyirmi masa"da iştirak edən İranın Xərçəng əstəlikləri üzrə Milli Araşdırma Mərkəzinin katibi Kazim Zendədel isə deyib ki, rəsmi statistikaya görə, ölkədə hər il 63 000 nəfər xərçəngə yoluxur ki, onların 46 000 nəfəri vəfat edir. Lakin bu rəqəm real yoluxma halları üçün 90-95 min və vəfat edənlər üçün isə 50-55 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti