Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/
Kür çayında batmış 25 yaşlı gəncin meyiti tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Yusif Taleh oğlu Şıxəliyevin axtarışları başa çatıb.
Şıxəliyevin cəsədi batdığı yerdən, təxminən, 1500 m aralıda nəzarətsiz ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.