...

Azərbaycanda tanınmış şirkətin yaxınlığında qumbara tapılıb

Hadisə Materials 26 İyun 2012 15:12 (UTC +04:00)
DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən iyunun 25-də Bakı-Şamaxı yolundakı "Kaspian FİSH" şirkətinin yaxınlığında 2 ədəd F-1 qumbarası və 1 ədəd tüstüverici şaşka tapılıb. Bu barədə Trend DİN-in rəsmi saytına istinadən məlumat verib
Azərbaycanda tanınmış şirkətin yaxınlığında qumbara tapılıb

Azərbaycan, Bakı, 26 iyun /Trend/

DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən iyunun 25-də Bakı-Şamaxı yolundakı "Kaspian FİSH" şirkətinin yaxınlığında 2 ədəd F-1 qumbarası və 1 ədəd tüstüverici şaşka tapılıb. Bu barədə Trend DİN-in rəsmi saytına istinadən məlumat verib.

Həmin gün həmçinin Nəsimi RPİ 19-cu PB və MTN-in Nəsimi rayon idarəsi əməkdaşları tərəfindən 20 Yanvar küçəsindən içərisində 60 ədəd patron olan 2 ədəd avtomat sandığı tapılmışdır.

Xəbər lenti

Xəbər lenti