Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kvadrtametr olan birmərtəbəli üçotaqlı evin hamamında bu gün günorta saatlarında partlayış baş verib.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə 1 kvadratmetr sahədə pəncərə çərçivəsi yanıb, ev sakini xəsarət alıb və xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.