Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Hakkari əyalətində terror aktının qarşısı alınıb. Bu barədə Trend çərşənbə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, əyalət polisinin keçirdiyi xüsusi əməliyyat zamanı 400 kiloqram partlayıcı maddə aşkarlanıb.
Bildirilir ki, terror aktı PKK terror təşkilatı tərəfindən planlaşdırılıb.