...

Hələbdə suriyalı üsyançılarla kürd partiyasının üzvləri arasında toqquşma baş verib

Hadisə Materials 31 Oktyabr 2012 13:16 (UTC +04:00)
Suriyanın Hələb şəhərində Azad Suriya Ordusu üsyançıları ilə kürdlərin "Demokratik Birlik Partiyası"nın (PYD) üzvləri arasında toqquşma baş verib.
Hələbdə suriyalı üsyançılarla kürd partiyasının üzvləri arasında toqquşma baş verib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyanın Hələb şəhərində Azad Suriya Ordusu üsyançıları ilə kürdlərin "Demokratik Birlik Partiyası"nın (PYD) üzvləri arasında toqquşma baş verib. Qarşıdurma zamanı çoxlu sayda insan həlak olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Silahlı qarşıdurma zamanı Azad Suriya Ordusunun 17 döyüşçüsü və PYD-nin 40 üzvü həlak olub.

Agentliyin məlumatına görə, toqquşma Hələbin bir neçə məhəlləsinin suriyalı müxalifətçilərin nəzarəti altına keçməsindən sonra baş verib. Bundan narazı olan kürd partiyasının nümayəndələri Suriya kürdlərinin birliyi haqqında şüarların səsləndirildiyi nümayiş təşkil ediblər. Nəticədə tərəflər arasında silahlı toqquşma baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti