Türkiyənin qırıcı təyyarələri Suriya sərhədi boyunca kəşfiyyat uçuşları keçiriblər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyəyə məxsus F-16 qırıcı təyyarələri dünən Suriya sərhədi boyunca iki saatlıq kəşfiyyat uçuşları keçiriblər. Bu barədə Trend çərşənbə günü Türkiyənin "Dogan" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, bununla belə təyyarələr qonşu ölkənin hava məkanını pozmayıblar.