...

Türkiyə ordusu İraqla sərhəddə yaraqlılara qarşı xüsusi əməliyyata başlayıb

Hadisə Materials 2 Noyabr 2012 16:00 (UTC +04:00)
Türkiyə ordusu cümə günü terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı genişmiqyaslı xüsusi əməliyyata başlayıb.
Türkiyə ordusu İraqla sərhəddə yaraqlılara qarşı xüsusi əməliyyata başlayıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ordusu cümə günü terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı genişmiqyaslı xüsusi əməliyyata başlayıb.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, əməliyyat İraqla sərhəddə yerləşən Hakkari vilayətindəki Kato dağlarında həyata keçirilir.

Əməliyyata ağır hərbi texnika, eləcə də hərbi vertolyotlar və qırıcılar cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti