...

Türkiyə qırıcıları Suriya sərhədi boyunca kəşfiyyat aparıb

Hadisə Materials 12 Noyabr 2012 15:12 (UTC +04:00)
Türkiyənin F-16 qırıcı təyyarələri Suriya sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçiriblər.
Türkiyə qırıcıları Suriya sərhədi boyunca kəşfiyyat aparıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin F-16 qırıcı təyyarələri Suriya sərhədi boyunca kəşfiyyat uçuşları həyata keçiriblər.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu, Suriyanın hərbi vertolyotları Türkiyənin sərhədyanı Şanlıurfa əyalətindəki Rasulayn ərazisini atəşə tutmasından sonra baş verib.

Uçuşlar Suriya təyyarələri tərəfindən Türkiyənin hava məkanının pozulması ilə bağlı xəbərdarlıq etmək üçün həyata keçirilib.

Qeyd edək ki, Suriya ordusuna məxsus vertolyotların Rasulayn şəhərini atəşə tutması nəticəsində Türkiyənin bir neçə vətəndaşı yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti