...

Kürdəmirdə minik avtomobili elektrovozla toqquşub, xəsarət alan var

Hadisə Materials 28 Noyabr 2012 12:01 (UTC +04:00)
Nəticədə xəsarət almış Soltanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Kürdəmirdə minik avtomobili elektrovozla toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Kürdəmirdə minik avtomobili elektrovozla toqquşub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 27-də saat 10:55 radələrində Kürdəmir şəhəri ərazisində, qorunmayan keçiddə Ucar rayon sakini Şahverdi Soltanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurub.

Nəticədə xəsarət almış Soltanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti