...

Türkiyə sahillərində yük gəmisi batıb, 12 dənizçi itkin düşüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Dekabr 2012 15:30 (UTC +04:00)
Türkiyə sahillərində quru yük gəmisi batıb. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində gəminin heyətinin 12 üzvü itkin düşüb.
Türkiyə sahillərində yük gəmisi batıb, 12 dənizçi itkin düşüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə sahillərində quru yük gəmisi batıb. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində gəminin heyətinin 12 üzvü itkin düşüb.

Onlardan 11 nəfəri Ukrayna, 1 nəfər isə Rusiya vətəndaşıdır.

Məlumata görə, kömür daşıyan gəmi İstanbul yaxınlığında batıb.

Digər məlumata görə, daha bir yükdaşıyan gəmi İstanbul sahillərində dreyf edir. Gəmi Antiqua və Barbuda bayrağı altında üzür.

Türkiyənin DHA agentliyinin məlumatına görə, İstanbulda güclü cənub-qərb küləyinin əsməsi səbəbindən bütün dəniz reysləri ləğv edilib.

Sinoptiklər xəbərdarlıq edirlər ki, qeyri-sabit hava şəraiti bütün həftə boyunca davam edəcək.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti