...

Türkiyə sahillərində batmış yük gəmisindən 4 dənizçi xilas edilib (VİDEO) (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 4 Dekabr 2012 18:03 (UTC +04:00)
Türkiyə sahillərində batmış "Volga Balt 199" quru yük gəmisindən xilas edilən dənizçilərin sayı hazırda 4-ə çatıb.
Türkiyə sahillərində batmış yük gəmisindən 4 dənizçi xilas edilib (VİDEO) (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə sahillərində batmış "Volga Balt 199" quru yük gəmisindən xilas edilən dənizçilərin sayı hazırda 4-ə çatıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Həmçinin, bir dənizçinin cəsədi tapılıb. Ekipajın daha yeddi üzvü hələ də itkin düşmüş hesab edilir. Quru yük gəmisinin üzvlərinin 11 nəfəri Ukrayna, 1 nəfər isə Rusiya vətəndaşıdır.

Məlumata görə, Rusiyadan Türkiyənin Antalya şəhərinə kömür daşıyan gəmi İstanbul yaxınlığında batıb.

Digər məlumata görə, daha bir yükdaşıyan gəmi İstanbul sahillərində saya dreyf edir. Gəmi Antiqua və Barbuda bayrağı altında üzür.

Türkiyənin DHA agentliyinin məlumatına görə, İstanbulda güclü cənub-qərb küləyinin əsməsi səbəbindən bütün dəniz reysləri ləğv edilib.

Sinoptiklər xəbərdarlıq edirlər ki, qeyri-sabit hava şəraiti bütün həftə boyunca davam edəcək.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti