Azərbaycan, Bakı, 10 yanvar /Trend/
Bakının Yasamal rayonu ərazisində yaşayış evində baş vermiş yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon şöbəsindən məlumat verilib.
Məlumata görə, yanğın saat 16:00 radələrində Yasamal rayonu, 1-ci Alatava, 8 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən yaşayış evində yanğını söndürmək üçün əraziyə 4 yanğınsöndürən maşın cəlb edilib.