...

Türkiyədə sərnişin təyyarəsini ildırım vurub

Hadisə Materials 31 Yanvar 2013 10:10 (UTC +04:00)
Bu, son vaxtlar "Türk Hava Yolları"nın ildırım vuran üçüncü təyyarəsidir.
Türkiyədə sərnişin təyyarəsini ildırım vurub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir A.Tağıyeva/

"Türk Hava Yolları"nın Beyrut-İstanbul reysini həyata keçirən təyyarəsini ildırım vurub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Turk" telekanalı xəbər verib.

İldırım göyərtəsində 75 sərnişin olan təyyarəni havaya qalxdıqdan az sonra vurub. Təyyarə Beyruta qayıtmağa məcbur olub.

Bu, son vaxtlar "Türk Hava Yolları"nın ildırım vuran üçüncü təyyarəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti