Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A. Tağıyeva /
"Əl-Qaidə" terror təşkilatının lideri Usama Bin Ladenin Ankarada saxlanılan kürəkəni Süleyman Əbu Qeys Türkiyədən deportasiya olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.
Əbu Qeys Türkiyədə yanvarın 13-də MTN-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bundan sonra Türkiyə Bin Ladenin kürəkəninin vətəndaşı olduğu Küveytə göndərilməsini təklif edib.
Lakin sonda məlum olub ki, Küveyt Əbu Qeysi vətəndaşlıqdan çıxarıb və onu qəbul etməkdən imtina edir.
Qəzet xəbər verir ki, Türkiyə XİN danışıqlar vasitəsi ilə Küveyt hökumətini onu qəbul etməyə razı sala bilib. Nəticədə martın birində Əbu Qeys İstanbuldan Küveytə deportasiya edilib.