...

İmişlidə yol-nəqliyyat hadisəsinin qurbanı sərnişin oldu

Hadisə Materials 16 Mart 2013 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 15-də saat 10.40 radələrində İmişli rayonunun Rəsullu kəndi ərazisində rayon sakini Zaur Əliyev "Mercedes" markalı avtomobili idarə edərkən onu maneəyə vurub.

Nəticədə sərnişin Nuridə Allahverdiyeva aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət almış sürücü və digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Hadisə ilə bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma: eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti