Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Nərimanov rayonunda bir nəfər dəm qazından boğularaq ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 17-də Nərimanov rayonu ərazisində yaşamış Günel Ələkbərova dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.