Bakıda oğul anasını boğaraq öldürüb

Hadisə Materials 12 Aprel 2013 13:37 (UTC +04:00)
Bakının Dərnəgül qəsəbəsində yataqxanalardan birində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün öz anasını boğaraq öldürüb.
Bakıda oğul anasını boğaraq öldürüb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Bakının Dərnəgül qəsəbəsində yataqxanalardan birində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün öz anasını boğaraq öldürüb.

Həmin yataqxanada məskunlaşan məcburi köçkünlərdən birinin Trend-ə verdiyi məlumata görə, adı Habil olduğu bildirilən şəxs ruhi xəstəlikdən əziyyət çəkirmiş və o, öz anasını yatarkən boğub.

Qeyd olunub ki, əvvələr də Habil buna bənzər hadisələr törətməyə cəhd edib və polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisəni törədən şəxs əvvəllər Bakı Şəhəri Psixi Sağlamlıq Mərkəzində müalicə alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti