...

Rusiya vətəndaşı Azərbaycana qanunsuz olaraq rabitə vasitələri keçirmək istəyib

Hadisə Materials 17 Aprel 2013 13:35 (UTC +04:00)
“Samur” gömrük postunda xeyli sayda mobil telefon və aksesuarlar aşkar olunub.
Rusiya vətəndaşı Azərbaycana qanunsuz olaraq rabitə vasitələri keçirmək istəyib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

"Samur" gömrük postunda xeyli sayda mobil telefon və aksesuarlar aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan bu ölkənin vətəndaşı İlya Aleksandrovun idarə etdiyi "LADA-210740" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomaşının arxa sol qanadının alt hissəsindəki qoruyucu şitin arxasından mobil telefonlar üçün hər biri 45 ədəd olmaqla - adapter, qulaqcıq və qidalandırıcı (batareya), yük yerindəki yanacaq çəninin arxasından isə 68 ədəd "Samsung Galaxy S" markalı mobil telefon aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti