...

Bərdə sakini Bakıda tərk-silah edildi

Hadisə Materials 20 Aprel 2013 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Bərdə rayon sakini Vüqar Kazımovdan odlu silah götürülüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Vüqar Kazımovdan 1 ədəd nömrəsi silinmiş "AK-47" silahı, 1 ədəd patron darağı və 30 ədəd avtomat patronu götürülüb.

Faktla bağlı araşdırma aparılır. Hazırda silahın hər-hansı cinayət əməlində istifadə edilib-edilməsinə dair ekspertiza təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti