Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Biləsuvar rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 30-da Abşeron rayonu Görədil kəndinin ərazisindəki yeni tikilmiş idman kompleksində fəhlə işləyən Biləsuvar rayon sakini Mehdi Nağıyevi elektrik cərəyanı vurub.
Hadisə nəticəsində Nağıyev ölüb.