...

Türkiyədə "F-16" qırıcısı qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 May 2013 19:36 (UTC +04:00)
İlkin məlumata görə, bu gün rabitə əlaqəsi kəsilən "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Türkiyədə "F-16" qırıcısı qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 17:54-də yayılıb)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Tağıyeva/

İlkin məlumata görə, bu gün rabitə əlaqəsi kəsilən "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Trend-in "CNN Türk"ə istinadən verdiyi məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

"Təyyarə yerə düşüb. Biz hələ onun qalıqlarının olduğu yerə çata bilmirik", - Osmaniyyə şəhərinin valisi Cəmaləddin Cərrah yerli KİV-ə deyib.

Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, qırıcı təyyarə ilə əlaqə yerli vaxtla saat 14:15-də kəsilib, həmin vaxt "F-16" Amanoslar rayonunda növbətçi uçuşu həyata keçirərkən pilotdan "katapult edirəm" məlumatı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti