Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın Balakən rayonunda zəlzələ baş verib.
Trend-in Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ saat 23:00:43-də Zaqataladan 42 km şimal-qərbdə, Balakən - Gürcüstan sərhədində qeydə alınıb.
Zəlzələ Zaqatala, Balakən rayonlarında 3-2 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.