Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/
Turizm zonası sayılan Qəbələ rayonunda saxta əsginazlar aşkarlanıb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Zaur Məlikovdan, Elçin Tağıyevdən və Ramil Hüseynovdan 4 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginaz götürülüb.
Faktla bağlı araşdırma aparılır.