...

Türkiyədə yeraltı təkanlar olub

Hadisə Materials 26 İyul 2013 06:27 (UTC +04:00)
Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Türkiyədə yeraltı təkanlar olub

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:22-də Samandağ rayonunun Meydan kəndi yaxınlığında, yerin 17,4 kilometr dərinliyində qeydə alınıb.

Mərkəzi rayon Antakyada 10-15 saniyə davam edən zəlzələ hiss olunub.

Bundan başqa, Egey dənizində 4,2, Bartın vilayətində isə 3,4 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti