...

Şabranda yanğınsöndürmə qurğularının qənimi aşkar edilib

Hadisə Materials 19 Avqust 2013 15:38 (UTC +04:00)
Şabran rayonundakı yanğınsöndürmə qurğularından alüminium hissələrini oğurlamış rayon sakini tutulub.
Şabranda yanğınsöndürmə qurğularının qənimi aşkar edilib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/

Şabran rayonundakı yanğınsöndürmə qurğularından alüminium hissələrini oğurlamış rayon sakini tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Abbasov tutulub.

Abbasov avqustun 13-də "Ramco" MMC tərəfindən Şabran rayonunun müxtəlif yerlərində quraşdırılımış yanğınsöndürmə qurğularından 20-30 ədəd aliminium hissələrini oğurlamaqda ittiham olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti