...

Qubada minik avtomobili su hovuzuna düşüb, iki nəfər ölüb

Hadisə Materials 17 Sentyabr 2013 09:33 (UTC +04:00)
Quba rayonu, Mirzə Məmməd kəndində “Audi” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hovuzuna düşüb.
Qubada minik avtomobili su hovuzuna düşüb, iki nəfər ölüb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

Quba rayonu, Mirzə Məmməd kəndində "Audi" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hovuzuna düşüb.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin 1977-ci il təvəllüdlü Səmədov Cəsərət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun meyitlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 05:08-də başa çatıb.

Qeyd edək ki, masallılı qardaşlar Rusiyadan Vətənə qayıdırlarmış. Onlar Rusiyanın Nijni Novqorod şəhərində yaşayırlarmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti