...

Təqsirləndirilən şəxs Bakı İstintaq təcridxanasına mobil telefon keçirmək istəyib

Hadisə Materials 18 Sentyabr 2013 09:51 (UTC +04:00)
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Təqsirləndirilən şəxs Bakı İstintaq təcridxanasına mobil telefon keçirmək istəyib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Mübariz Əliağa oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Mübariz Dadaşov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təsqirləndirilir.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti