Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İzzət/
Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 22-də saat 14.00 radələrində Quba rayonu Mirzəmməd kəndinin ərazisində rayon sakini Rza Ağarəhimov idarə etdiyi "Hyundai" markalı avtomaşını yolun kənarındakı su kanalına aşırıb.
Nəticədə R.Ağarəhimov xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış sərnişinləri, Qaraçay kənd sakini Ruslan Müslümov və Quba rayon sakini Anar Əliyev isə xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.