Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/
Salyan rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə və mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 25-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Salyan rayon sakini Solmaz Həsənova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi və Bakı şəhərindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.
İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Solmaz Həsənova saxlanılıb. Faktla bağlı aparılan araşdırma zamanı daxil olan məlumatlar təsdiqini tapıb.