...

Misirdə qarşıdurmalar: 44 ölü, 240 yaralı

Hadisə Materials 7 Oktyabr 2013 03:27 (UTC +04:00)
Misirdə devrilmiş Prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmalar zamanı 44 nəfər həlak olub.
Misirdə qarşıdurmalar: 44 ölü, 240 yaralı

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Misirdə devrilmiş Prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmalar zamanı 44 nəfər həlak olub.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, polisin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayının 44-ə, xəsarət alanların isə 240-a çatdığı bildirilir.

Misir Səhiyyə Nazirliyi bu ana qədər 40-ı paytaxt Qahirədə olmaqla ölkə ərazisində ən azı 44 nəfərin həyatını itirdiyini, 240-dan çox insanın isə yaralandığını açıqlayıb.

Daxili İşlər Nazirliyi toqquşmalarda 423 M.Mursi tərəfdarının saxlanıldığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti