...

"Reks" ləqəbli it Azərbaycana narkotik gətirilməsinə imkan vermədi

Hadisə Materials 2 Dekabr 2013 12:05 (UTC +04:00)
Azərbaycan gömrükçüləri Rusiyadan ölkəyə gətirilən təxminən 3,5 kq narkotiki müsadirə ediblər.
"Reks" ləqəbli it Azərbaycana narkotik gətirilməsinə imkan vermədi

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Azərbaycan gömrükçüləri Rusiyadan ölkəyə gətirilən təxminən 3,5 kq narkotiki müsadirə ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına "Xudat" gömrük postundan keçməklə gələn, Rusiya Federasiyası vətəndaşı Qalladjov Amrulla Şaxmir oğlunun idarə etdiyi "VAZ-21043" markalı, H 755 KX 05 RUS dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

"Reks" ləqəbli kinoloji xidmət itini tətbiq etməklə aparılan gomrük baxışı zamanı avtomaşının qabaq sol qanadının alt hissəsindəki örtüyün altından 4 bağlamada, qabaq sağ qanadının alt hissəsindəki örtüyün altından 2 bağlamada, qabaq oturacağın altından 1 bağlamada və arxa yük yerindəki sol yan örtüyün arxasından 2 bağlamada, ümumi xalis çəkisi 3 kiloqram 480 qram olan bitki mənşəli narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti