...

Bakıda ana və qızını hədələyən şəxs saxlanılıb

Hadisə Materials 19 Dekabr 2013 10:08 (UTC +04:00)
Sabunçu RPİ CAŞ və 13-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, qəsəbə sakini Elşad Məmmədov tutulub.
Bakıda ana və qızını hədələyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Bakıda ana və qızını hədələyən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 18-də Bakıxanov qəsəbəsi Ə.B.Ağayev küçəsində yaşayan Nuridə Bayramova 13-cü PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin gün saat 19:30 radələrində naməlum şəxs oğurluq məqsədilə, açıq qapıdan keçməklə mənzilinə daxil olaraq onu və qızı Aytən Məmmədovanı bıçaqla hədələyib qaçıb.

Sabunçu RPİ CAŞ və 13-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, qəsəbə sakini Elşad Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti